İngiltərə klubunun müdafiəçisi əməliyyat olunub

İngiltərə klubunun müdafiəçisi əməliyyat olunub Bakı. 8 may. REPORT.AZ/ İngiltərənin Liverpul komandasının futbolçusu Jozef Qomes əməliyyat olunub.
Futbol
8 May , 2018 20:19
İngiltərə klubunun müdafiəçisi əməliyyat olunub

Bakı. 8 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" komandasının futbolçusu Jozef Qomes əməliyyat olunub.

"Report"un məlumatına görə, İngiltərə yığmasında da çıxış edən 21 yaşlı müdafiəçi mövsümün digər oyunlarında komandasına kömək edə bilməyəcək.

Gənc oyunçu həmçinin Çempionlar Liqasının final oyununda İspaniyanın "Real Madrid" komandasına qarşı görüşü də buraxmalı olacaq.

Qeyd edək ki, Qomes bu mövsüm İngiltərə çempionatında 23 oyunda meydanda olub. 

Son xəbərlər

Orphus sistemi