İngiltərə klubunun futbolçusunda xərçəng aşkarlanıb

İngiltərə klubunun futbolçusunda xərçəng aşkarlanıb İngiltərənin Hall Siti komandasının futbolçusu Anqus MakDonaldda xərçəng diaqnozu qoyulub.
Futbol
5 Sentyabr , 2019 13:13
İngiltərə klubunun futbolçusunda xərçəng aşkarlanıb

İngiltərənin "Hall Siti" komandasının futbolçusu Anqus MakDonaldda xərçəng diaqnozu qoyulub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçidə bağırsaq xərçəngi müəyyən olunub.

İngiltərəli oyunçudakı xəstəlik tez aşkarlandığından, o, cari mövsüm heç bir qarşılaşmada iştirak edə bilməyib. Klub azarkeşlərdən və jurnalistlərdən bu çətin anda MakDonaldın şəxsi həyatına hörmət etmələrini xahiş edib. Onun sağlamlığı ilə bağlı məlumatın veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Anqus MakDonald "Hall Siti"də 2018-ci ildən çıxış edir.

Orphus sistemi