İngiltərə klubunun futbolçusu reperlə müqavilə imzalayıb

İngiltərə klubunun futbolçusu reperlə müqavilə imzalayıb Bakı. 20 aprel. REPORT.AZ/ Belçika milli komandasının və İngiltərənin Mançester Yunayted klubunun futbolçusu Romelu Lukaku meneceri Mino Rayola ilə əməkdaşlıqdan imtina edib.
Futbol
20 Aprel , 2018 19:23
İngiltərə klubunun futbolçusu reperlə müqavilə imzalayıb

Bakı. 20 aprel. REPORT.AZ/ Belçika milli komandasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Romelu Lukaku meneceri Mino Rayola ilə əməkdaşlıqdan imtina edib.

"Report"un məlumatına görə, hücumçu amerikalı reper və prodüser Jay-Z ilə müqavilə imzalayıb. 

Jay-Z bir sıra məşhur idmançılarla işləyir. Almaniyanın "Bavariya" klubunun futbolçu Cerom Boatenq və məşhur basketbolçu Kevin Durat onunla əməkdaşlıq edir.

Qeyd edək ki, Lukaku cari mövsüm İngiltərə çempionatında 16 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi