İngiltərə klubunun futbolçusu 6 oyunluq diskvalifikasiya olunub - VİDEO

İngiltərə klubunun futbolçusu 6 oyunluq diskvalifikasiya olunub - VİDEO Liam Kuper rəqib oyunçunun başına zərbə vurduğu üçün cəzaya məruz qalıb
Futbol
6 Aprel , 2017 15:12
İngiltərə klubunun futbolçusu 6 oyunluq diskvalifikasiya olunub - VİDEO

Bakı. 6 aprel. REPORT.AZ/ Futbol üzrə İngiltərə çempionatının I divizionunda çıxış edən “Lids” klubunun futbolçusu Liam Kuper 6 oyunluq diskvalifikasiya olunub.

“Report”un İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi 39-cu tur çərçivəsində “Redinq”lə səfər matçı zamanı tullanaraq, rəqib futbolçu Ris Oksfordun başına zərbə endirdiyi üçün cəzaya məruz qalıb.

Görüşün hakimləri şotlandiyalı futbolçunun qayda pozuntusunu görməsə də, FA matçın video görüntülərinə əsasən qərar çıxarıb.

Qeyd edək ki, “Lids” həmin görüşdə “Redinq”ə 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi