İngiltərə klubu Türkiyə millisinin futbolçusunu icarəyə verib

İngiltərə klubu Türkiyə millisinin futbolçusunu icarəyə verib Türkiyə millisinin futbolçusu Cenk Tosun İngiltərənin Everton klubundan ayrılıb.
Futbol
10 yanvar 2020 10:41
İngiltərə klubu Türkiyə millisinin futbolçusunu icarəyə verib

Türkiyə millisinin futbolçusu Cenk Tosun İngiltərənin "Everton" klubundan ayrılıb.

"Report" "Sabah"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu mövsümün sonuna kimi ölkənin digər komandası "Kristal Palas"a icarəyə verilib. Oyunçu hazırda yeni klubunda tibbi müayinədən keçir.

Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan "Everton"a transfer olunub. Onun klubla müqaviləsi 2022-ci yayında başa çatır.

Son xəbərlər

Orphus sistemi