Bakı. 24 dekabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubu qapıçı Mixel Vormla müqavilə müddətini artırıb.
"Report"un məlumatına görə, 33 yaşlı qapıçı 2018-ci ilə qədər London klubunda çıxış edəcək.
Hollandiyalı qolkiper 2014-cü ildə "Tottenhem"ə transfer olub. O, 5 rəsmi matçda meydana çıxıb və 3 qol buraxıb.
Vorm komandanın ikinci qapıçısıdır.