İngiltərə klubu London Olimpiya Stadionunu alır

İngiltərə klubu London Olimpiya Stadionunu alır Bakı. 18 oktyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” klubu ev oyunlarını keçirdiyi London stadionunu almaq istəyir.
Futbol
18 Oktyabr , 2018 12:16
İngiltərə klubu London Olimpiya Stadionunu alır
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” klubu ev oyunlarını keçirdiyi London stadionunu almaq istəyir.

“Report” xəbər verir ki, bu barədə klubun vitse prezidenti Karren Breydi bildirib. Olimpiya Stadionu da adlandırılan arenanı hazırda “Vest Hem” klubu uzunmüddətli müqavilə ilə icarəyə götürüb. İngiltərə təmsilçisi güzəştli şərtlərlə stadion üçün illik təxminən 3,4 milyon avro ödəyir.

Klubun vitse prezidenti şərtlər razılşadırılandan sonra stadionu satın almaq istədiklərini bildirib: “Düşünürəm ki, bu arenanın inkişaf etdirilməyə ehtiyacı var. 60 min tutumu olan stadionda futbolla yanaşı, müxtəlif konsertlər və reqbi oyunları da keçirilə bilər. Şərtlərdə razılaşma əldə etsək, stadionu almaq istəyirik”.

Qeyd edək ki, 6 may 2012-ci ildə istifadəyə verilən stadion 2012-ci il London Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi