İngiltərə klubu 12 ildən sonra Çempionlar Liqasında qapıya dəqiq zərbə vura bilməyib

İngiltərə klubu 12 ildən sonra Çempionlar Liqasında qapıya dəqiq zərbə vura bilməyib Bakı. 4 oktyabr. REPORT.AZ/ İngiltərənin Liverpul klubu 12 ildən sonra ilk dəfə Çempionlar Liqasının (ÇL) oyununda rəqib qapısına dəqiq zərbə vura bilməyib.
Futbol
4 Oktyabr , 2018 12:40
İngiltərə klubu 12 ildən sonra Çempionlar Liqasında qapıya dəqiq zərbə vura bilməyib

Bakı. 4 oktyabr. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu 12 ildən sonra ilk dəfə Çempionlar Liqasının (ÇL) oyununda rəqib qapısına dəqiq zərbə vura bilməyib.

"Report" "Opta Sport"a istinadən xəbər verir ki, bu, qrup mərhələsinin II turunda səfərdə İtaliya "Napoli"si ilə matçda baş verib. "Mersisaydlılar" sonuncu dəfə 2006-cı il ÇL-in 1/8 final mərhələsinin ilk oyununda bu cür halla üzləşiblər. İngiltərə təmsilçisi Portuqaliyanın "Benfika" klubuna səfərdə 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada da çərçivəyə düşə bilməyib.

Qeyd edək ki, "Napoli - "Liverpul" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi