İngiltərə klubları üçün təhlükəsizlik qaydaları müəyyənləşdirildi

İngiltərə klubları üçün təhlükəsizlik qaydaları müəyyənləşdirildi İyunun 8-də çempionatı bərpa etməyə hazırlaşan İngiltərə Futbol Federasiyası Premyer Liqa klublarının təlim-məşq toplanışı üçün təhlükəsizlik aktı hazırlayıb.
Futbol
30 aprel 2020 14:58
İngiltərə klubları üçün təhlükəsizlik qaydaları müəyyənləşdirildi

İyunun 8-də çempionatı bərpa etməyə hazırlaşan İngiltərə Futbol Federasiyası Premyer Liqa klublarının təlim-məşq toplanışı üçün təhlükəsizlik aktı hazırlayıb.

"Report"un "Goal" nəşrinə istinadən məlumatına görə, bununla bağlı komandalara 7 səhifəlik  təlimat göndərilib.

Federasiyanın müəyyən etdiyi yeni qaydalara əsasən, futbolçular məşqdən 48 saat əvvəl koronavirus testindən keçməli, maska taxmalı, istifadə etdikləri bütün ləvazimatlar dezinfeksiya olunmalıdır.

Məşqlər 5 nəfərlik qruplar şəklində və sosial məsafə qaydalarına riayət edilməklə keçilə bilər. Həmçinin oyunçuların meydançaya tüpürməsi qadağan olunub. Fubolçular yalnız klub həkimlərinin icazəsilə masaj oluna bilərlər.

Qeyd edək ki, hələlik İngiltərədə "Tottenhem", "Arsenal", "Vest Hem" və "Brayton" klublarının məşq etməsinə icazə verilir.

Son xəbərlər

Orphus sistemi