İngiltərə çempionatı: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib - VİDEO

İngiltərə çempionatı: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib - VİDEO "MY" turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 22-yə çatdırıb
Futbol
16 Aprel , 2017 21:14
İngiltərə çempionatı: Mançester Yunayted Çelsini məğlub edib - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 33-cü turu çərçivəsində "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində Markus Raşford (7-ci dəqiqə) və Ander Errera (49) fərqlənib.

"Qırmızı şeytanlar" bu qələbə sayəsində turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 2-yə çatdırıblar. "Mançester Yunayted" turnir cədvəlində 60 xal ilə 5-ci pillədə qərarşlaşıb. "Çelsi" 75 xal ilə liderdir.

"Mançester Yunayted" növbəti oyununu aprelin 23-də səfərdə "Bernli"yə qarşı keçirəcək. "Çelsi" iki gün sonra "Sauthempton"u qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi