İndoneziya çempionatında baş hakim futbolçuların hücumuna məruz qalıb - VİDEO

İndoneziya çempionatında baş hakim futbolçuların hücumuna məruz qalıb - VİDEO Bakı. 25 sentyabr. REPORT.AZ/ İndoneziya II Divizionunda futbolçular oyunun baş hakimini döyüblər.
Futbol
25 Sentyabr , 2018 15:35
İndoneziya çempionatında baş hakim futbolçuların hücumuna məruz qalıb - VİDEO

Bakı. 25 sentyabr. REPORT.AZ/ İndoneziya II Divizionunda futbolçular oyunun baş hakimini döyüblər.

"Report" xəbər verir ki, hadisə "Qresik Yunayted" - "Persiva Vamena" matçında baş verib. Qarşılaşmanın sonlarında görüşün baş hakimi qonaqların qapısına penalti təyin edib.

Bu qərar həmin komandanın oyunçularının narazılığına səbəb olub və onlar referiyə hücum ediblər. Daha sonra iki futbolçu meydandan qovulub və penalti yerinə yetirilib. 

Qeyd edək ki, görüş "Qresik Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi