İlqar Qurbanov: “Bir epizodda boşluq oldu”

İlqar Qurbanov: “Bir epizodda boşluq oldu” Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardılar. Bir epizodda boşluq oldu. Rəqib də bundan yararlandı. Buna baxmayaraq, yenə də oyundan qopmadıq.
Futbol
23 Fevral , 2020 23:02
İlqar Qurbanov: “Bir epizodda boşluq oldu”

"Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardılar. Bir epizodda boşluq oldu. Rəqib də bundan yararlandı. Buna baxmayaraq, yenə də oyundan qopmadıq".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın futbolçusu İlqar Qurbanov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Keçmiş komandasını qələbə münasibətilə təbrik edən təcrübəli oyunçu "Xal alsaydıq, əlbəttə yaxşı olardı. Amma bu matçda qalmamaq lazımdır. Qarşıda daha vacib oyunlar var. Nə qədər az xal itirsək, o qədər yaxşıdır. Buna görə də "Keşlə" ilə qarşılaşmaya hazırlaşmaq lazımdır", - söyləyib.

Qurbanov avrokuboklara vəsiqə uğrunda gərgin mübarizənin sonadək davam edəcəyini vurğulayıb: "Demək olar, çempionatda hər il bu yerlər uğrunda mübarizə gedir. İnanıram ki, sonuncu turlara kimi də belə olacaq və biz də yarışdan qopmayacağıq. Avropa Liqası şanslarımız barədə danışmaq lazım deyil. Qarşıda vacib oyunlar var. Ondan sonra hər şey bilinəcək".

Son xəbərlər

Orphus sistemi