"Qarabağ"ın futbolçuları ilk dəfə rəmzi komandaya düşə bilməyiblər

"Qarabağ"ın futbolçuları ilk dəfə rəmzi komandaya düşə bilməyiblər Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun rəmzi komandası bəlli olub.
Futbol
12 Noyabr , 2019 14:05
Qarabağın futbolçuları ilk dəfə rəmzi komandaya düşə bilməyiblər

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun rəmzi komandası bəlli olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən "11-liy"ə "Qəbələ"dən 8, "Neftçi", "Keşlə" və "Sumqayıt"dan isə hərəyə bir oyunçu daxil edilib. 

İlk dəfə "Qarabağ"dan heç bir futbolçu rəmzi komandaya düşməyib. 

Qapıçı: Anar Nəzirov – 250 (“Qəbələ”)

Müdafiəçilər: Yusif Nəbiyev - 257 (“Qəbələ”), Anton Krivotsyuk – 282 (“Neftçi”)-2, Franko Flores - 278 (“Keşlə”)-4, Qismət Alıyev - 245 (“Qəbələ”)-2

Yarımmüdafiəçilər: Ülvi İsgəndərov – 247 (“Qəbələ”), Merab Qiqauri - 319 (“Qəbələ”)-3, Fernan Lopez - 308 (“Qəbələ”)-2, Roman Hüseynov – 250 (“Qəbələ”)

Hücumçular: Davit Volkov - 313 (“Qəbələ”)-3, Əmir Ağayev - 309 (“Sumqayıt”)-2

Turun oyunçusu isə Merab Qiqauri seçilib.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Son xəbərlər

Orphus sistemi