​İlk Avropa çempionu vəfat edib

​İlk Avropa çempionu vəfat edib Vladimir Kesarev SSRİ yığmasının formasını geyindiyi 6 il ərzində 14 qol vurub
Futbol
19 Yanvar , 2015 17:30
​İlk Avropa çempionu vəfat edib

Bakı. 19 yanvar. REPORT.AZ/ 1960-cı ildən keçirilən futbol üzrə Avropa çempionatının ilk qalibi Vladimir Kesarev vəfat edib. "Report"un məlumatına görə, V.Kesarev 85 yaşında dünyasını dəyişib.

O, qitə çempionluğuna keçmiş SSRİ millisinin heyətində nail olub. Karyerası ərzində uzun müddət (1956-1965) Moskva "Dinamo"sunun şərəfini qorumuş mərhum futbolçu 1958-ci il dünya çempionatında da çıxış edib. O, həm də 3 dəfə SSRİ çempionu olub. 

Qeyd edək ki, Vladimir Kesarev SSRİ yığmasının formasını geyindiyi 6 il ərzində (1957-1963) 14 qol vurub.

Son xəbərlər

Orphus sistemi