"İlahi sol ayaq" ləqəbli futbolçu dünyasını dəyişdi

"İlahi sol ayaq" ləqəbli futbolçu dünyasını dəyişdi İtaliyanın İnter klubunun əfsanəvi futbolçularından Mario Korso dünyasını dəyişib.
Futbol
20 İyun , 2020 17:40
İlahi sol ayaq ləqəbli futbolçu dünyasını dəyişdi

İtaliyanın "İnter" klubunun əfsanəvi futbolçularından Mario Korso dünyasını dəyişib.

"Report" Milan təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 79 yaşında vəfat edib.

Yerli azarkeşlərin "İlahi sol ayaq" adlandırdığı Korso hücumameylli oyunçu olub. Yüksək texnika, zəka və dözümlülüyə sahib mərhum futbolçu standart vəziyyətlər və cinah ötürmələrinin mahir ifaçısı hesab olunurdu.

Qeyd edək ki, Korso 1957 - 1973-cü illərdə "İnter"də çıxış edib və 509 oyunda 94 qol vurub. Mərhum futbolçu bu komandanın heyətində 4 dəfə İtaliya çempionluğu, 2 dəfə ölkə kuboku və eyni sayda Qitələrarası Kuboku qazanıb.

İtaliya millisində 23 oyun keçirən Korso 4 dəfə fərqlənib. Karyerasını "Cenoa"da başa vuran əfsanəvi futbolçu məşqçilik karyerası ərzində "Leççe", "Katandzaro", "İnter", "Mantova" və "Barletta" klublarına başçılıq edib.

Son xəbərlər

Orphus sistemi