​İki Ukrayna klubu "Qəbələ"nin sabiq futbolçusu ilə maraqlanır

​İki Ukrayna klubu "Qəbələ"nin sabiq futbolçusu ilə maraqlanır Qay karyerasını "Vorskla" və ya "Çernomorets" davam etdirə bilər
Futbol
4 İyun , 2016 05:39
​İki Ukrayna klubu Qəbələnin sabiq futbolçusu ilə maraqlanır

Bakı. 4 iyun. REPORT.AZ/ "Qəbələ" futbol klubunun sabiq yarımmüdafiəçisi Aleksey Qay karyerasını "Vorskla" və ya "Çernomorets" komandalarında davam etdirə bilər.

"Report" xəbər verir ki, bu barədə "Futbol-arena" saytı məlumat yayıb.

"Qəbələ" klubu ötən ay futbolçu ilə yollarını ayırıb. Qay həmin vaxt Ukraynada çıxış etmək niyyətində olduğunu bildirmişdi.

34 yaşlı futbolçu ötən ildən “Qəbələ”də çıxış edirdi. Əyalət təmsilçisində 51 oyun keçirən Qay 14 qola imza atıb. O, 2015/16-cı illər mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatçsı olub.

Son xəbərlər

Orphus sistemi