Protokolda adı olmayan futbolçuların iştirakına görə iki komandaya texniki məğlubiyyət verilib

Protokolda adı olmayan futbolçuların iştirakına görə iki komandaya texniki məğlubiyyət verilib AFFA İntizam Komitəsi U-10 liqasında çıxış edən Xızı Təhsil komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
Futbol
1 Oktyabr , 2019 13:57
Protokolda adı olmayan futbolçuların iştirakına görə iki komandaya texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi U-10 liqasında çıxış edən "Xızı Təhsil" komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, buna komandanın heyətində Qusarın "Metak" kollektivi ilə görüşdə protokolda adı olmayan futbolçunun iştirak etməsi səbəb olub.

Eyni hal futzal üzrə Birinci Liqada da yaşanıb. “Metropoliten”lə görüşdə "Harmony Hotel"in heyətində protokolda adı olmayan oyunçu yer alıb. Bununla əlaqədar komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. 

Son xəbərlər

Orphus sistemi