Honda Azərbaycan Premyer Liqasında qol hesabını açdı

Honda Azərbaycan Premyer Liqasında qol hesabını açdı Yaponiyalı yarımmüdafiəçi "Keşlə"yə qarşı XXV tur matçında fərqlənib
Futbol
3 May , 2021 19:41
Honda Azərbaycan Premyer Liqasında qol hesabını açdı
Keysuke Honda

"Neftçi"nin futbolçusu Keysuke Honda Azərbaycan Premyer Liqasında ilk qolunu vurub.

"Report" xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Keşlə"yə qarşı XXV tur matçında fərqlənib.

35 yaşlı oyunçu 74-cü dəqiqədə Əhməd Əhmədovun ötürməsini qola çevirib. O, 78-ci dəqiqədə Buno Teluşi ilə əvəzlənib.

Qeyd edək ki, "Neftçi" hazırda 2:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi