Hollivud ulduzu İngiltərədə futbol klubu aldı

Hollivud ulduzu İngiltərədə futbol klubu aldı Məşhur "Deadpool" filminin baş rol ifaçısı Rayan Reynolds özünü futbol idarəçiliyində də sınamaq qərarına gəlib.
Futbol
17 Noyabr , 2020 11:12
Hollivud ulduzu İngiltərədə futbol klubu aldı
Rayan Reynolds
0 : 00
0 : 00

Məşhur "Deadpool" filminin baş rol ifaçısı Rayan Reynolds özünü futbol idarəçiliyində də sınamaq qərarına gəlib.

"Report" xəbər verir ki, kanadalı aktyor İngiltərənin 5-ci divizionunda mübarizə aparan "Reksem" klubunu alıb. Bu barədə məlumatı o, özünün tvitter hesabında paylaşıb.

Reynolds həmkarı, "Filadelfiya hər zaman günəşlidir" serialından tanınan Rob Makelhenni ilə birlikdə aşağı liqa təmsilçisinin səhmlərinə sahib çıxıb.

Aktyorlar noyabrın əvvəlində komandanın azarkeşləri ilə görüşərək öz ideyalarını onlara çatdırıblar. Nəticədə fanatların 95 faizi bu iki şəxsin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Rayan Reynolds və Rob Makelhenni kluba 2 milyon funt sterlinq vəsait ayırmaq istəyir. Onların əsas məqsədi ev oyunlarının keçirildiyi stadionu müasirləşdirmək və komandanı yuxarı liqaya çıxarmaqdır.

Son xəbərlər

Orphus sistemi