Hollandiyalı futbolçu avtomobilində güllələnib

Hollandiyalı futbolçu avtomobilində güllələnib İngiltərənin Berton Albion klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.
Futbol
19 Sentyabr , 2019 16:16
Hollandiyalı futbolçu avtomobilində güllələnib

İngiltərənin "Berton Albion" klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib.

Surinam əsilli hollandiyalı oyunçu üçün İngiltərə təmsilçisi başsağlığı mətni yayımlayıb. Hollandiya polisi 32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfərin axtarışını davam etdirir. 

Qeyd edək ki, Maynard son olaraq Hollandiyanın 5-ci liqasında çıxış edən "Quik Boys"un formasını geyinib.

Son xəbərlər

Orphus sistemi