Hollandiya millisinin sabiq futbolçusu Çin klubuna baş məşqçi təyin olunub

Hollandiya millisinin sabiq futbolçusu Çin klubuna baş məşqçi təyin olunub Niderland millisinin sabiq futbolçusu Covanni van Bronkhorst Çinin Quançjou Fuli komandasına baş məşqçi təyin olunub.
Futbol
4 Yanvar , 2020 11:48
Hollandiya millisinin sabiq futbolçusu Çin klubuna baş məşqçi təyin olunub

Niderland millisinin sabiq futbolçusu Covanni van Bronkhorst Çinin "Quançjou Fuli" komandasına baş məşqçi təyin olunub.

"Report" xəbər verir ki, klubun rəsmi saytı 44 yaşlı mütəxəssislə müqavilə müddətini açıqlamayıb.

Van Bronkhorst məşqçi karyerasına 2010-cu ildə Niderlandın gənclər yığmasında köməkçi-məşqçi kimi başlayıb. Bir ildən sonra o, "Feyenoord"da eyni vəzifəni, 2015-ci ildə baş məşqçi postunu tutub. Hazırkı təyinatından əvvəl isə gənc mütəxəssis İngiltərənin "Mançester Siti" klubunun məşqçilər heyətində yer alıb.

Qeyd edək ki, "Quançjou Fuli" 2019-cu il mövsümündə Çin Super Liqasında 30 oyuna 32 xalla 12-ci yeri tutub. Çempion adını 72 xalla "Quançjou Everqrand" qazanıb. 

Son xəbərlər

Orphus sistemi