Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı

Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı Bu gün Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub. "Report" xəbər verir ki, klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar. Oyun iştirakçıları arasında Azərbaycan Respubli
Futbol
28 Noyabr , 2020 23:10
Hikmət Hacıyev Ağdamda Qarabağla futbol oynadı

Bu gün Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub.

"Report" xəbər verir ki, klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar.

Oyun iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. O topa ilk toxunuşu etdikdən sonra "Qarabağ"la birgə futbol oynayıb.

Stadionda komandanın qazandığı çempionluq kuboku da nümayiş etdirilib. Səfərə klubun vitse-prezidenti Tahir Gözəl də qatılıb.

Qeyd edək ki, "Qarabağ" Ağdam səfəri zamanı həmçinin Milli Qəhrəman və komandanın mərhum baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib və Cümə məscidində namaz qılıb.

Son xəbərlər

Orphus sistemi