"Herta" klubunun baş məşqçisi: "Qəbələ" ilə matçda istədiyimiz nəticəni qazandıq"

"Herta" klubunun baş məşqçisi: "Qəbələ" ilə matçda istədiyimiz nəticəni qazandıq" Qəbələ. 7 noyabr. REPORT.AZ/ Düşünürəm ki, biz qələbəyə layiq idik. Oyunda yaxşı hücumlar qurduq. Oyun bizim xeyrimizə başa çatdı.
Futbol
7 noyabr 2018 17:11
Herta klubunun baş məşqçisi: Qəbələ ilə matçda istədiyimiz nəticəni qazandıq

Qəbələ. 7 noyabr. REPORT.AZ/ "Düşünürəm ki, biz qələbəyə layiq idik. Oyunda yaxşı hücumlar qurduq. Oyun bizim xeyrimizə başa çatdı".

"Report" xəbər verir ki, bunu Almaniyanın "Herta" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Maykl Hartman UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransda deyib.

44 yaşlı mütəxəssis hər iki hissədə kifayət qədər qol epizodu yaratdıqlarını vurğulayıb: "Fikrimcə, 5-6 qol vurmaq imkanımız var idi. Oyunun əvvəli bir az qarışıq keçdi. Biz də erkən qol vurmaq istəyirdik, amma bu olmadı. İkinci hissədə qolları vurduq və "Qəbələ" ilə matçda istədiyimiz nəticəni qazandıq".

Son xəbərlər

Orphus sistemi