Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib

Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubuna transfer olunan Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Futbol
26 yanvar 2018 06:30
Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib

Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubuna transfer olunan Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

“Report” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin hər dəfə yeni klubla müqavilə imzalayan zaman “Bu komandada oynamaq mənim ən böyük arzum idi, uşaqlıq xəyalım gerçəkləşdi” formasında verdiyi açıqlamalar futbol həvəskarları tərəfindən təbəssümlə qarşılanıb.

Almaniyanın “11freunde” nəşri isə Mxitaryanın müxtəlif ölkələrin klublarının formasında fotoşopunu hazırlayaraq, onun adından sitat paylaşıb. Həmin klublar arasında Azərbaycan təmsilçisi “Zirə” də var.

Almaniyalı həmkarlarımızın fikrincə, ermənistanlı futbolçu qəsəbə təmsilçisinə transfer olunsaydı, bu sözləri deyərdi: “Şərtlər fantastikdir. Mən bundan daha xoşbəxt ola bilmərəm”.

Qeyd edək ki, Henrix Mxitaryan karyerası ərzində Ermənistanın “Pünik”, Ukraynanın “Metallist” və “Şaxtyor”, Almaniyanın “Borussiya” (Dortmund) və İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi