Henninq Berq: "Qarabağ"la oyundakı nəticəyə görə çox məyusuq"

Henninq Berq: "Qarabağ"la oyundakı nəticəyə görə çox məyusuq" "Qarabağ"la oyunda çox yaxşı işlər gördük. Qarşılaşma başqa gün olsaydı, fərqli nəticə qeydə alınardı. Buraxdığımız qollarda bir qədər şanssız idik. Futbolda belə hallar baş verir".
Futbol
2 Oktyabr , 2021 14:30
Henninq Berq: Qarabağla oyundakı nəticəyə görə çox məyusuq
Henninq Berq

"Qarabağ"la oyunda çox yaxşı işlər gördük. Qarşılaşma başqa gün olsaydı, fərqli nəticə qeydə alınardı. Buraxdığımız qollarda bir qədər şanssız idik. Futbolda belə hallar baş verir".

"Report"un məlumatına görə, bu fikirləri "Omoniya"nın baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

52 yaşlı mütəxəssis çempionatın onlar üçün əsas prioritet olduğunu bildirib: "Ancaq avrokuboklarda da bacardığımız qədər irəli getmək niyyətindəyik. Balansı tapmağa çalışırıq. "Qarabağ"a qarşı yaxşı oyun sərgilədik. Ancaq buraxdığımız ilk iki qolda bir az şanssız idik. Bundan sonra isə bizim üçün çətin oldu. Yaxşı komandaya qarşı oynadıq. Belə komandalarla görüşdə məğlub olmaq ehtimalınız var, amma qələbə qazanmaq da mümkündür".

Berq azarkeşlərə dəstək olduqları üçün təşəkkür etdiyini söyləyib: "Oyundan əvvəl və maçt zamanı atmosfer əla idi. Nəticəyə görə onlar kimi çox məyusuq. Hesabda önə keçəndə qələbə qazanmağı çox istəyirdik".

Son xəbərlər

Orphus sistemi