Henninq Berq: "Qarabağ"ın keyfiyyətli komanda olduğunu gördük"

Henninq Berq: "Qarabağ"ın keyfiyyətli komanda olduğunu gördük" "Oyuna istədiyimiz kimi başladıq. İlk hissədəki mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi"
Futbol
643
1 Oktyabr , 2021 01:40
Henninq Berq: Qarabağın keyfiyyətli komanda olduğunu gördük
Henninq Berq

"Oyuna istədiyimiz kimi başladıq. İlk hissədəki mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam klubunun keyfiyyətli kollektiv olduğunu bildirib: "Rəqibin səviyyəsini gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil".

Son xəbərlər

Orphus sistemi