Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.
Futbol
113
18 Aprel , 2019 09:33
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra Lionel Messi (“Barselona”, İspaniya), Matteys de Liqt (“Ayaks”, Hollandiya), Son Hın Min (“Tottenhem”, İngiltərə) və Roberto Firmino (“Liverpul”, İngiltərə) həftənin oyunçusu adına namizəd göstəriliblər.

Ən yaxşı qola gəlincə, burada “4-lüy”ə “Barselona”nın 2 futbolçusu düşüb. Katoloniya təmsilçisinin İngiltərənin “Mançester Yunayted” komandasını 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Lionel Messinin 1-ci qolu və Filippe Koutinoyonun dəqiq zərbəsi ən yaxşı olmağa namizəddir.

Həmçinin Hollandiya “Ayaks”ından David Neresin İtaliyada “Yuventus”a (2:1), “Mançester Siti”dən isə Rəhim Sterlinqin evdə İngiltərə “Tottenhem”inə (4:3) vurduğu qollar ən yaxşı seçilə bilərlər.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi