Həbs olunan klub prezidenti istefa verib

Həbs olunan klub prezidenti istefa verib İtaliya "Sampdoriya"sının prezidenti Massimo Ferrero öz vəzifəsini tərk edib.
Futbol
6 Dekabr , 2021 22:34
Həbs olunan klub prezidenti istefa verib
Massimo Ferrero

İtaliya "Sampdoriya"sının prezidenti Massimo Ferrero öz vəzifəsini tərk edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin həbs edilməsi səbəb olub.

Prokurorluq kluba aidiyyatı olmayan maliyyə fırıldaqçılığında günahlandırılan Ferrero ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, 16 turdan sonra 15 xalı olan "Sampdoriya" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi