Bakı. 16 yanvar. REPORT.AZ/ Afrika Millətlər Kuboku – 2017-nin "C" qrupunda ilk oyun keçirilib.
"Report" xəbər verir ki, qrupun ilk oyununda Kubokun hazırkı sahibi Kot-d'İvuar Toqo ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Kot-d'İvuarın heyətində Solomon Kalu, Serj Orye, Erik Bayi və Vilfrid Boni kimi ulduzlar çıxış edib.
Günün ikinci oyununda Afrika Kuboku – 2016-nın bürünc mükafatçısı Konqo Demokratik Respublikası Mərakeşlə qarşılaşacaq.



















