Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun
Futbol
158
26 Fevral , 2021 16:04
Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun martın 1-də bu arenada keçirilməsinin mümkünsüzlüyü müəyyənləşib.

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edir:

XV turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.

Son xəbərlər

Orphus sistemi