Hamit Altıntop Türkiyə Super Liqasında çıxış edən klubla müqavilə bağlayıb

Hamit Altıntop Türkiyə Super Liqasında çıxış edən klubla müqavilə bağlayıb Onunla cari mövsümün sonuna qədər razılıq əldə olunub
Futbol
1213
11 Yanvar , 2018 18:41
Hamit Altıntop Türkiyə Super Liqasında çıxış edən klubla müqavilə bağlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının sabiq futbolçusu Hamit Altıntop karyerasını “Yeni Malatyaspor”da davam etdirəcək. 

“Report” “beIN Sports”a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə anlaşıb. Onunla cari mövsümün sonuna qədər razılıq əldə olunub. 

Qeyd edək ki, Hamit Altıntop karyerası ərzində Almaniyanın “Şalke” və “Bavariya”, İspaniyanın “Real Madrid”, Türkiyənin “Qalatasaray” komandalarının formasını geyinib. Onun son klubu II Bundesliqada mübarizə aparan “Darmştadt” olub.

Son xəbərlər

Orphus sistemi