Haldun Domaç: "Sergen Yalçın Mahir Emrelini izləyir və onu bəyənir"

Haldun Domaç: "Sergen Yalçın Mahir Emrelini izləyir və onu bəyənir" Türkiyəli jurnalist Haldun Domaç Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin Türkiyənin "Beşiktaş" klubunun gündəmində olduğunu söyləyib.
Futbol
28 Dekabr , 2020 10:02
Haldun Domaç: Sergen Yalçın Mahir Emrelini izləyir və onu bəyənir
Haldun Domaç

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubunun gündəmindədir.

"Report"un məlumatına görə, türkiyəli jurnalist Haldun Domaç İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçının 23 yaşlı hücumçunu izlədiyini deyib.

Domaç "Beşiktaş"ın hücumçuya ehtiyacının olduğunu da vurğulayıb: "Beşiktaş" üçün önəmli mövqelərdən biri hücum xəttidir. Cenk Tosun komandaya qayıdacaqmı? Gəlməsə, onun yerinə kim alınacaq? Baş məşqçinin izlədiyi perspektivli və gələcək vəd edən futbolçu var. Azərbaycanın "Qarabağ" komandasında oynayan 23 yaşlı hücumçu - Mahir Emreli. Çox effektli və kreativ oyunçudur. Həqiqətən yaradıcığı yüksəkdir. 16 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ildə müqaviləsi başa çatır. Fantastik cəhətləri də çoxdur. Bəlkə də Sergen Yalçının onu bəyənməsinin əsas səbəblərindən biri budur".

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi