Hakimi təhqir edən "Sabah"ın futbolçusunun cəzası açıqlanıb

Hakimi təhqir edən "Sabah"ın futbolçusunun cəzası açıqlanıb AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Boyan Letiçi ikisi şərti olmaqla 4 oyunluq cəzalandırıb.
Futbol
3 oktyabr 2023 08:09
Hakimi təhqir edən Sabahın futbolçusunun cəzası açıqlanıb

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Boyan Letiçi ikisi şərti olmaqla 4 oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin "Səbail"lə heç-heçə (2:2) etdikləri Premyer Liqanın VIII turunun oyununun 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alması səbəb olub.

Paytaxt təmsilçisi serbiyalı legionerə görə 3000 manat cərimələnib. Letiçə 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub futbolçuları sözügedən matçda 4 sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

Son xəbərlər

Orphus sistemi