Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verilib

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verilib AFFA İntizam Komitəsi "Zirə-2"nin futbolçusu Eldost Qiyasbəylini 4 oyunluq cəzalandırıb.
Futbol
30 Sentyabr , 2021 16:13
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verilib
0 : 00
0 : 00

AFFA İntizam Komitəsi "Zirə-2"nin futbolçusu Eldost Qiyasbəylini 4 oyunluq cəzalandırıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə MOİK-ə 0:4 hesabı ilə uduzduqları I Divizionun V tur matçında hakimi təhqir etməsi səbəb olub.

Klub isə 320 manat məbləğində cərimələnib.

Bununla yanaşı, komitə MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün kluba 80 manat cərimə kəsib.

Son xəbərlər

Orphus sistemi