Çexiya çempionatında "Beroun" və "Slani"nin gənclərdən ibarət komandaları arasında keçirilmiş oyuna yan xətt hakimi Milan Sefara içkili çıxıb.
"Report"un məlumatına görə, laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır. Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.