Hafiz Məmmədovla müqaviləni pozan klub tailandlılarla danışıqlara başlayıb

Hafiz Məmmədovla müqaviləni pozan klub tailandlılarla danışıqlara başlayıb "Şeffild Uensdey" klubuna yeni müştəri tapılıb
Futbol
7 Yanvar , 2015 12:14
Hafiz Məmmədovla müqaviləni pozan klub tailandlılarla danışıqlara başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanlı iş adamı Hafiz Məmmədovla əsas səhmdar kimi əməkdaşlığa son qoyan İngiltərənin "Şeffild Uensdey" klubuna yeni müştəri tapılıb. "Report"un "Sky Sport"a istinadən məlumatına görə, hazırda klubun prezidenti Milan Mandariç tailandlı səhmdarlarla fəal danışıqlar aparır. 

Anlaşmanın məbləği 30 milyon funt sterlinqlə qiymətləndirilir. M.Mandariç dünyanın ən qədim klublarından birini hələ ötən yay satmaq istəyib. Həmin vaxt H.Məmmədovla 40,4 milyon funtluq müqavilə bağlanılıb. Lakin azərbaycanlı səhmdar öhdəliklərini yerinə yetirə bilmədiyi üçün anlaşma tezliklə pozulub. 

Qeyd edək ki, "Şeffild Uensdey" İngiltərənin səviyyəcə ikinci liqası sayılan "Championship"də 24 turdan sonra 32 xalla 10-cu pillədə qərarlaşıb. İngiltərə Kubokunda isə bu klub 1/32 finalda "Mançester Siti"yə uduzub - 1:2. 

Son xəbərlər

Orphus sistemi