Gürcüstanlı futzalçı: "Azərbaycan millisinin bu cür turnirlərdə təcrübəsi var"

Gürcüstanlı futzalçı: "Azərbaycan millisinin bu cür turnirlərdə təcrübəsi var" "Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır".
Futbol
21 Yanvar , 2022 22:19
Gürcüstanlı futzalçı: Azərbaycan millisinin bu cür turnirlərdə təcrübəsi var

"Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır".

"Report"un məlumatına görə, bunu futzal üzrə Gürcüstan milli komandasının kapitanı Zviad Kupatatdze Avropa çempionatında Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivin bu cür turnirlərdə oynamaq təcrübəsi var: "Biz isə təcrübəsiz komandayıq. Bununla belə, şanslar bərabərdir. Hər şeyi xırda nüanslar həll edəcək. Oyunçularımız yaxşı formadadır. İlk oyuna tam hazırıq".

Qeyd edək ki, dekabrın 22-də keçiriləcək Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi