Gürcüstanlı futbolçu "Napoli"də yeni nailiyyətə imza atıb

Gürcüstanlı futbolçu "Napoli"də yeni nailiyyətə imza atıb Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunda yeni nailiyyətə imza atıb.
Futbol
16 Avqust , 2022 09:42
Gürcüstanlı futbolçu Napolidə yeni nailiyyətə imza atıb

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunda yeni nailiyyətə imza atıb.

"Report" "Orta Sport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2003/2004 mövsümündən sonra Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur.

Kvaratsxeliya "Verona"nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri I tur oyununda buna nail olub. O, 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. Forvard 55-ci dəqiqədə polşalı Pyotr Zyelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi