Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb

Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.
Futbol
332
23 Noyabr , 2021 23:01
Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Qeyd edək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.

Son xəbərlər

Orphus sistemi