Gürcüstan və Ermənistan futbol komandaları arasında oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb

Gürcüstan və Ermənistan futbol komandaları arasında oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb Gürcüstanın “Saburtalo” futbol komandasında Ermənistanın “Ararat” komandası ilə Tbilisidə keçirilən son oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb.
Futbol
16 Avqust , 2019 20:35
Gürcüstan və Ermənistan futbol komandaları arasında oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb

Gürcüstanın “Saburtalo” futbol komandasında Ermənistanın “Ararat” komandası ilə Tbilisidə keçirilən son oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Tbilisi futbol klubu Gürcüstanın Futbol Federasiyasına (GFF) müraciət edib.

Klub GFF-dən oyunun danışılmış olub-olmaması ilə bağlı araşdırma aparmağı xahiş edib.

Federasiyadan bildirilib ki, “Saburtalo” komandasının müraciəti UEFA-ya göndəriləcək. Qurumdan qeyd olunub ki, danışılmış oyunlar olan halda UEFA Gürcüstan tərəfini mütləq məlumatlandırır.

Qeyd edək ki, UEFA-nın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Saburtalo” və “Ararat” arasında görüş avqustun 14-də Tbilisinin Mixail Mesxi adına stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə Ermənistan komandasının qələbəsi ilə başa çatıb. Avqustun 6-da Yerevanda keçirilmiş ilk görüşdə isə “Saburtalo” 2:1 hesabı ilə “Ararat” üzərində qələbə əldə edib. 

Son xəbərlər

Orphus sistemi