Bakı. 15 fevral. REPORT.AZ/ Gürcüstan Futbol Federasiyasının prezidenti postuna seçki keçirilib.
“Report” xəbər verir ki, qurumun hazırkı rəhbəri Levan Kobiaşvili yekdil səslə yenidən bu vəzifəyə seçilib. Gürcüstan yığmasının sabiq futbolçusu daha 4 il milli assosiasiyaya başçılıq edəcək.
Qeyd edək ki, 2015-ci ilin oktyabrından federasiya prezidenti olan 42 yaşlı funksioner seçkidə yeganə namizəd olub.