Gürcüstan çempionatının oyunu futbolçu ölümü səbəbindən təxirə salınıb

Gürcüstan çempionatının oyunu futbolçu ölümü səbəbindən təxirə salınıb "Zuqdidi" klubunun qapıçısı matçdan əvvəl məşq zamanı həyatını itirib
Futbol
2 Oktyabr , 2017 00:23
Gürcüstan çempionatının oyunu futbolçu ölümü səbəbindən təxirə salınıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın "Zuqdidi" klubunun qapıçısı Şota Maminaşvili "VİT-Corciya" ilə ölkə çempionatı matçından əvvəl məşq zamanı həyatını itirib.

"Report"un məlumatına görə, 31 yaşlı qolkiper stadiondan aparıldığı xəstəxanada dünyasını dəyişib.

Msxeti şəhərində keçirilməli olan oyun faciəvi hadisə ilə əlaqədar təxirə salınıb.

Şota Maminaşvili karyerasının böyük hissəsini Batumi "Dinamo"sunda keçirib. O, "Zuqdidi"yə cari mövsümün əvvəllərində keçib.

Son xəbərlər

Orphus sistemi