Gürcüstan çempionatında itin meydana girməsi oyunun dayanmasına səbəb olub - VİDEO

Gürcüstan çempionatında itin meydana girməsi oyunun dayanmasına səbəb olub - VİDEO Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan Premyer Liqasının XXVIII turunda keçirilmiş Dila - Torpedo matçında maraqlı hadisə baş verib.
Futbol
1585
9 Oktyabr , 2018 15:07
Gürcüstan çempionatında itin meydana girməsi oyunun dayanmasına səbəb olub  - VİDEO

Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan Premyer Liqasının XXVIII turunda keçirilmiş "Dila" - "Torpedo" matçında maraqlı hadisə baş verib. 

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, oyunun 69-cu dəqiqəsində meydana it girib və futbolçularla oynamaq istəyib. Qonaqların qapıçısı Roinu Kvsxvadze heyvanı sakitləşdirə bilib. Onun bu hərəkətindən sonra azarkeşlər oyunçunu alqışlayıblar. Bu səbəbdən matç üç dəqiqə dayanıb. 

Qeyd edək ki, "Dila" - "Torpedo" görüşü qolsuz bərabərliklə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi