"Globe Soccer Awards": Ronaldu ilin ən yaxşı futbolçusu, Zidan məşqçisi, "Real" isə klubu seçilib

"Globe Soccer Awards": Ronaldu ilin ən yaxşı futbolçusu, Zidan məşqçisi, "Real" isə klubu seçilib Mükafatlandırma mərasimi Dubayda baş tutub
Futbol
29 Dekabr , 2017 02:23
Globe Soccer Awards: Ronaldu ilin ən yaxşı futbolçusu, Zidan məşqçisi, Real isə klubu seçilib

Bakı. 29 dekabr. REPORT.AZ/ "Real" klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu "Ən yaxşı futbolçu" nominasiyasında "Globe Soccer Awards 2017" mükafatının laureatı olub.

“Report” xəbər verir ki, Madrid komandasının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi, "Real" isə başa çatmaqda olan ilin ən yaxşı klubu hesab edilib.

İlin ən yaxşı agenti portuqaliyalı Jorje Mendeş, ən yaxşı fit sahibi isə alman Feliks Brix olub. İspaniya Primyerası dünyanın ən yaxşı liqası hesab edilib.

Avropa Klubları Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası tərəfindən təsis edilən mükafatlandırma mərasimi ötən gün Dubayda baş tutub.

Son xəbərlər

Orphus sistemi