Rayan Giqqz Uels yığmasından kənarlaşdırıldı

Rayan Giqqz Uels yığmasından kənarlaşdırıldı Sabiq yarımmüdafiəçi günahını boynuna almayıb
Futbol
10 Mart , 2021 15:56
Rayan Giqqz Uels yığmasından kənarlaşdırıldı
Rayan Giqqz

Rayan Giqqz futbol üzrə Uels milli komandasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb.

"Report" Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarını və Meksika ilə yoldaşlıq görüşünü Robert Peycin rəhbərliyi altında keçirəcək.

Peyc bunadək ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda komandanın sükanı arxasında olub.

2020-ci ilin noyabrında Giqqz rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Sabiq yarımmüdafiəçi günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi