Georgi Kondratyev: "Azərbaycan millisi şanslardan istifadə etdi"

Georgi Kondratyev: "Azərbaycan millisi şanslardan istifadə etdi" "Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm".
Futbol
13 İyun , 2022 22:10
Georgi Kondratyev: Azərbaycan millisi şanslardan istifadə etdi

"Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm".

"Report"un bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis hücumçu baxımından problem yaşadıqlarını söyləyib: "Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir".

Kondratyev rəqibi yaxşı analiz etdiklərini sözlərinə əlavə edib: "Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik".

Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu bizə təsir. Evdən kənarda oynamaq çox çətindir".

Mütəxəssis Azərbaycan yığmasının sürətli və qısa ötürmələrlə çıxış etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi