George Haci Azərbaycanda çalışmış baş məşqçini qovdu

George Haci Azərbaycanda çalışmış baş məşqçini qovdu 59 yaşlı mütəxəssisin müqaviləsi vaxtında əvvəl ləğv edilib
Futbol
9 aprel 2021 05:41
George Haci Azərbaycanda çalışmış baş məşqçini qovdu
Mirça Rednik və George Haci

Rumıniyanın "Viitorul" klubu "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik ilə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 59 yaşlı mütəxəssisin müqaviləsi vaxtında əvvəl ləğv edilib. Klub rəhbərliyi nəticələrin qənaətbəxş olmaması səbəbindən Redniklə vidalaşmağa qərar verib.

Qeyd edək ki, Mirça Rednik "Viitorul"a ötən ilin dekabrında baş məşqçi təyin olunub. Əfsanəvi futbolçu George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsüm ilk "6-lıq"dan kənarda qalıb. Komanda hazırda 31 xalla 11-ci yerdədir.

Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010/2011 mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş medallarını qazanıb.

Son xəbərlər

Orphus sistemi