Azərbaycanda işləmiş mütəxəssis Keniya Futbol Federasiyasından CAS-a şikayət edib

Azərbaycanda işləmiş mütəxəssis Keniya Futbol Federasiyasından CAS-a şikayət edib Bakı. 3 yanvar. REPORT.AZ/ Sumqayıtın fəaliyyətini dayandıran “Gənclərbirliyi” komandasının sabiq baş məşqçisi Adel Amruş Keniya Futbol Federasiyasından (FKF) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Futbol
3 Yanvar , 2019 12:52
Azərbaycanda işləmiş mütəxəssis Keniya Futbol Federasiyasından CAS-a şikayət edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Sumqayıtın fəaliyyətini dayandıran “Gənclərbirliyi” komandasının sabiq baş məşqçisi Adel Amruş Keniya Futbol Federasiyasından (FKF) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

“Report” xəbər verir ki, səbəb milli assosiasiyanın 2013-2014-cü illərdə Keniya yığmasına rəhbərlik etmiş 50 yaşlı əlcəzairli mütəxəssisə 5 illik müqaviləni pozması qarşılığında olan borcunu ödəməməsidir. Amruşun FIFA-ya şikayətindən sonra məhkəmə ötən il yanvarın 25-də FKF-nin 30 gün ərzində baş məşqçiyə 60 milyon şillinq (təqribən 1 milyon manat) və gecikməyə görə bu məbləğin 5 faizini ödəməli olduğuna dair qərar çıxarıb.

Lakin 2014-cü ildə əlcəzairli mütəxəssisi istefaya göndərmiş FKF təyin olunan müddətdə borcu bağlamayıb. Üstəlik, qurum məhkəmənin qərarından CAS-a şikayət edib.

Hər iki şikayətə fevralın 6-da baxılacaq.

Qeyd edək ki, Adel Amruş 2005-ci ildə “Gənclərbirliyi”nin baş məşqçisi olub. O, hazırda vətənində “Aljir” komandasına rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi