Gəncə. 5 mart. REPORT.AZ/ Gəncə şəhər stadionunda yenidənqurma işlərinə başlanılıb.
"Report"un məlumatına görə, bu barədə 5 mart – Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gəncədə təşkil olunmuş tədbirdə jurnalistlərə gənclər və idman naziri
A.Rəhimov Prezident
Nazir "Kəpəz" klubunun Azərbaycan Premyer Liqasına qayıdış variantını da şərh edib: "Futbol klubları adətən təkcə Azərbaycanda yox, bütün dünyada sponsor tərəfindən maliyyələşdirilirlər. Sponsor üçün də əlverişli variant seçilib. Premyer Liqada iştirak üçün tələb olunan maliyyə vəsaitinin məbləği ötən gün AFFA-nın Növbəti Hesabat Konfransında səsləndirildi. Bu vəsait ona görə lazımdır ki, futbolçular ilboyu maaş ala bilsinlər, ezamiyyət pulları verilsin. Sponsor tapılarsa, "Kəpəz" klubunun çıxışını Premyer Liqada davam etdirməsinə şad olarıq".