Azərbaycan Premyer Liqası və avrokuboklarda mübarizə aparacaq klubların adları mayın 10-da açıqlanacaq

Azərbaycan Premyer Liqası və avrokuboklarda mübarizə aparacaq klubların adları mayın 10-da açıqlanacaq Elxan Məmmədov: "Kim lisenziya alsa, o da vəsiqə qazanacaq"
Futbol
1 May , 2017 09:36
Azərbaycan Premyer Liqası və avrokuboklarda mübarizə aparacaq klubların adları mayın 10-da açıqlanacaq

Bakı. 1 may. REPORT.AZ/ 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqası və Avropa kuboklarında çıxış etmək istəyən klubların lisenziyalaşma məsələsinə mayın 10-da baxılacaq. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qitəmiqyaslı yarışlarda və elitada mübarizə üçün müraciət edənlərin taleyinə həmin gün aydınlıq gələcək: "Kim lisenziya alsa, o da vəsiqə qazanacaq".

Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov gələn mövsüm Premyer Liqada maksimum 10 komandanın çıxış edəcəyini açıqlayıb. Çempionlar Liqasına "Qarabağ", Avropa Liqasına isə "Qəbələ", "İnter" və "Zirə" vəsiqə qazanıb.  

Son xəbərlər

Orphus sistemi